İngiltərə premyer liqasının 37-ci turunda “Mançester Yunayted” “Fulhem”i qəbul edib. Görüşdə 2 qol vurulsa da, qalib müəyyənləşməyib. Əvvəlcə, Edinson Kavani mükəmməl zərbə ilə hesabı açıb. İkinci hissədə isə Co Brayan tarazlığı bərpa edib. 1:1. “Mançester Yunayted” 71 xalla ikinci pillədədir.
2-ci pillə urğunda gedən mbüarizədə “Çelsi” “Lester”i qəbul edib. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Hesabı meydan sahiblərindən Antonio Rudiger açıb. Çox keçmədən Jorjinyo fərqi artırıb. İrəli atılan qonaqlar 76-cı dəqiqədə istəklərinə çatıblar. Keleçi İhenaço rəqib qapısına yol tapıb. 2:1 hesabı ilə qalib gələn “Çelsi” 67 xalla ikinci pilləyə yüksəlib. 66 xalı olan “Lester” isə 4-cü yerə enib.
Çempion “Mançester Siti” səfərdə “Brayton”la bacarmayıb. Qonaqlardan İlkay Gündoğanla Fil Foden fərqlənib. Ruhdan düşməyən meydan sahibləri qalan vatxda əzmkar oyun göstəriblər. Leandro Trossard, Adam Vebster və Den Bern diqqət mərkəzinə düşüb.